Gəncədə taksi sürücüləri arasında müştəri üstündə dava - İki nəfər bıçaqlandı

XƏBƏR
13:54
17 Fevral 2024
90

Gəncənin yeni avtovağzal ərazisində 1988-ci il təvəllüdlü Nadir Ciqarov və 1980-ci il təvəllüdlü Samir İsmayılov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bıçaqlanan şəxslər Bakı-Gəncə reysi ilə işləyən taksi sürücüləridir.

Məlumata görə onlar arasında müştəri üstündə mübahisə yaranıb. Mübahisə zamanı onlar bir-birlərinə bıçaq xəsarətləri yetiriblər.

Bildirilib ki, hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafidir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti