Gəncədə ata və oğlu itkin düşüb

XƏBƏR
13:24
15 Fevral 2024
68

Gəncə şəhərində ata və 16 yaşlı oğlu itkin düşüb.

Sabah.az xəbər verir ki, şəhərin Məhsəti qəsəbəsində yaşayan L.Əliyeva bu gün polisə müraciət edərək əri ilə oğlunun itkin düşdüyünü bildirib.

Qadın qeyd edib ki, həyat yoldaşı Nəriman Əliyev və 2008-ci il təvəllüdlü oğlu fevralın 12-də birgə yaşadıqları evi tərk ediblər. Həmin vaxtdan onlardan xəbər almaq mümkün olmayıb.

Müraciətlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsində araşdırma aparılır.

Xəbər lenti