Ev sahibləri ustanın meyitini tapdı

XƏBƏR
11:50
14 Fevral 2024
67

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində müəmmalı hadisə baş verib.

Sabah.az xəbər verir ki, qəsəbə ərazisində yerləşən mənzildən orada usta kimi çalışan 1977-ci il təvəllüdlü Ramil Möhübbət oğlu Həsənovun meyiti tapılıb.

Belə ki, ev sahibləri mənzilə gəldikdə ustanın öldüyünü görüblər.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti