16 yaşlı qız dəm qazının qurbanı oldu
11:27
13 Fevral 2024
70Sumqayıtda yeniyetmə qız dəm qazından boğulub.
Sabah.az xəbər verir ki, hadisə dünən saat 15 radələrində Tağıyev qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib. Orada yaşayan 2008-ci il təvəllüdlü Fatimə Nurəliyevanın meyiti hamam otağında tapılıb.
İlkin müayinə zamanı onun dəm qazından boğulması məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Daha çox