Ronaldinyo həbsdən azad edildi

İDMAN
01:18
8 Aprel 2020
151

Braziliya millisinin sabiq futbolçusu Ronaldonyo Paraqvayda saxlanıldığı həbsxananı tərk edib.

Sabah.az “Fanatik”ə istinadən xəbər verir ki, 40 yaşlı ulduz və qardaşı Roberto de Assis Moreyra 1 ay həbsxanada qaldıqdan sonra buraxılıblar.

Məhkəmənin qərarına əsasən, onlar qalan müddəti Paraqvayın paytaxtı Asunsyondakı “Hotel Palmara Roga” mehmanxanasında ev həbsndə keçirəcəklər. Ronaldinyo 104, qadaşı isə 106 nömrəli otaqda qalacaq.

Bu qərarın verilməsi üçün 1.6 milyon dollar ödənildiyi deyilir.

Qeyd edək ki, ötən ayın əvvəlləri saxta pasportla tutulduğuna görə Ronaldinyo və qardaşı barəsində Paraqvayda həbs qərarı verilib. Daha sonra onun barəsində 6 aylıq həbs qərarı çıxarılıb.

Xəbər lenti