Təxribata cəhd edən dörd erməni hərbçi məhv edilib - Yenilənib

XƏBƏR
14:50
13 Fevral 2024
73

Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan ordusunun iki hərbçisi məhv edilib.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Bununla yanaşı yaralıların da olduğu bildirilir.

***

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, “Qisas əməliyyatı” zamanı məhv edilən erməni hərbçilərin sayı 4-ə çatıb. Daha bir hərbçinin isə yaralandığı bildirilir.

Xatırladaq ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Xəbər lenti