Bakıda küçədən meyit tapıldı

XƏBƏR
10:55
13 Fevral 2024
82

Bakının mərkəzində küçədən meyit tapılıb.

Sabah.az xəbər verir ki, Nəsimi rayonunun Salatın Əsgərova küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində kişi meyiti aşkar edilib.

İlkin məlumatda ölən şəxsin daimi yaşayış yerinin olmadığı bildirilir. Onun şəxsiyyətinin müəyyən edilməsi və yaxınlarının tapılması istiqamətində iş aparılır.

Xəbər lenti