Mövqelərimiz atəşə tutuldu - MN

XƏBƏR
09:30
13 Fevral 2024
110

Ötən gün axşam saatlarında Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Xəbər lenti