FİFA-dan transferlə bağlı - Yeni qərarlar

İDMAN
00:40
8 Aprel 2020
62

FİFA koronavirusa görə futbolçuların müqavilələri və "transfer pəncərələri" ilə bağlı yeni qaydaları açıqlayıb.

Sabah.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, milli çempionatlarda "transfer pəncərələri"nin bağlanma və açılma vaxtlarının dəyişdirilməsinə icazə verilib. "Transfer pəncərələri"nin dəqiq vaxtı daha sonra açıqlanacaq.

Bundan başqa, sözləşməsi 2020-ci ilin iyun ayında başa çatacaq futbolçular və məşqçqilərlə müqavilənin çempionat bitənədək uzadılacağı bildirilib.

Mövsümlər və qeydiyyat tarixləri üst-üstə düşdükdə və tərəflər razılığa gələ bilmədikdə milli liqaların başa çatmasını təmin etmək üçün üstünlük futbolçuların hazırda çıxış etdikləri klublara verilməlidir.

Həmçinin, FİFA oyunçuları və klubları maaşların azaldılması ilə bağlı razılığa gəlməyə çağırıb.

Xəbər lenti