Prezident seçkilərinin yekunlarına dair iclas keçiriləcək

ÖLKƏ
17:23
12 Fevral 2024
84

Fevralın 13-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

Sabah.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası fevralın 13-ü saat 11:00-a təyin edilib.

Xəbər lenti