Avtobusun vurduğu piyada 5 gün sonra öldü

XƏBƏR
15:26
12 Fevral 2024
53

Bakıda marşrut avtobusunun vurduğu şəxs xəstəxanada vəfat edib.

Sabah.az xəbər verir ki, hadisə fevralın 6-da, Sabunçu rayonu Şəhər şossesində qeydə alınıb. 217 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobus 1988-cu il təvəllüdlü Elsevər Vəli oğlu Nəsirovu vurub.

Ağır xəsarət alan şəxs fevralın 11-də Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti