Xocavənddə partlayış, yaralı var

XƏBƏR
11:42
10 Fevral 2024
97

Fevralın 10-u saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində partlayış olub.

Sabah.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması barədə polisə məlumat daxil olub.

Hadisə nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlu əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyyə edilib.

Araşdırma aparılır.

Xəbər lenti