VI sinif şagirdi intihar etdi - Yenilənib

ÖLKƏ
16:30
9 Fevral 2024
107

Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bu gün günorta saatlarında yaşadığı evdə intihar edib.

Sabah.az xəbər verir ki, bu haqda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Gəncə şəhərində 12 yaşlı A.Məmmədovun intiharı ilə bağlı oxuduğu M.P.Vaqif adına 8 nömrəli məktəbdən açıqlama verilib:

“12 yaşlı A. Məmmədov tərbiyəli, şən, dərslərə vaxtında gələn uşaq olub. Məktəbin müəllim kollektivi də hadisə ilə bağlı sarsıntı keçirib”.

Xəbər lenti