Yeni evlənən qızının evinə gedirdi - Qəzada öldü

XƏBƏR
10:30
9 Fevral 2024
129

Bakının Sabunçu rayonunda yol qəzası zamanı qadın quyuya düşüb.

Sabah.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı maşının sürücüsünün qarşısına “Toyota Prius” çıxıb. “Opel”in sürücüsü avtomobili aşırıb. Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1976-ci il təvəllüdlü Ağayeva Nəzakət Şabalı qızı maşının pəncərəsindən çıxaraq quyuya düşüb. Qadın aldığı xəsarətlərdən ölüb.

Qeyd edək ki, onlar ötən həftə evlənən qızlarının evinə qonaq gedirlərmiş.

Xəbər lenti