Bakıda mənzildən qadın meyiti tapıldı
22:10
7 Aprel 2020
69Bakıda mənzildə qadın meyiti aşkarlanıb.
Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Arefyeva Svetlana Mixaylovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Daha çox