Ordubada 37 sm qar yağıb - Faktiki hava

XƏBƏR
09:56
6 Fevral 2024
103

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, fevralın 5-i axşam bəzi dağlıq ərazilərdən başlayaraq arabir yağıntılı olub, qar yağıb, qərb küləyi bəzi yerlərdə arabir güclənib.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 25 m/s, Daşkəsəndə 30 m/s, Yardımlı, Qobustanda 24 m/s, Lerikdə 22 m/s, İsmayıllı, Göyçayda 18 m/s, Sabirabad, Altıağacda 17 m/s, Naftalan, Quba, Gədəbəydə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.7  metrə çatıb.

Qar örtüyünün hündürlüyü Ordubadda 37 sm, Qaxda (Sarıbaş) 33 sm, Qrızda 5 sm, Gədəbəy, Sədərəkdə 3 sm, Qusarda 2 sm, Quba, Şahbuzda 1 sm olub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17,  Naxçıvan MR-da 9,  Aran rayonlarında 16, dağlıq rayonlarda 10 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5  dərəcəyədək şaxta olub.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı axşamadək davam edəcək.

Xəbər lenti