Bakıda evdən 40 minlik qol saatı oğurlanıb
Bakıda evdən 40 min manatlıq saat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Sabah.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Zığ qəsəbəsindəki evdən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlamaqda şübhəli bilinən Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb.
Həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb.
Daha çox