Həmin Çexiya vətəndaşı barədə istintaq aparılır

XƏBƏR
14:23
5 Fevral 2024
135

Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Respublikasının vətəndaşı saxlanılıb.

Sabah.az “Report”a istinadən xəbər verir ki, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmalarının davam etdiyi məlum olub.

Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çexiyanın Azərbaycandakı Səfirliyinə məlumat verilib.

Xəbər lenti