65 yaşlı qadın öldürüldü, oğlu tutuldu

XƏBƏR
12:55
3 Fevral 2024
92

Sumqayıtda 65 yaşlı qadın öldürülüb.

DİN-in mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, şəhərin 9-cu mikrorayon ərazisində evlərin birində 65 yaşlı Qəhrəmanova Qəşəngül Fərhad qızının kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 41 yaşlı Qəhrəmanov Mübariz Əvəz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti