Aşot Qulyanın Xankəndidəki abidəsi söküldü

XƏBƏR
15:50
2 Fevral 2024
130

Xankəndi şəhərində Qarabağ canilərindən biri Aşot Qulyanın abidəsi sökülüb.

Sabah.az xəbər verir ki, bu barədə məlumatı qapalı teleqram kanallarına istinadən “Aysor” portalı yayıb.

“Bekor” ləqəbi ilə tanınan həmin şəxs 1992-ci ildə Xocalı, Hadrut, Əsgəran, Şuşa və bir sıra digər istiqamətlərdə döyüşlərdə iştirak edərək günahsız insanların ölümünə səbəb olub. Qulyanın heykəli Xankəndidə ermənilərin Bekor adı verdiyi parkda quraşdırılmışdı.

Xəbər lenti