Aytən şantaj edildiyi üçün intihara cəhd edibmiş

XƏBƏR
17:55
1 Fevral 2024
119

Bərdədə intihara cəhd edən 23 yaşlı qadın şantaj edildiyi üçün bu addımı atıbmış.

Rayon prokurorluğundan Sabah.az-a bildirilib ki, ötən ilin 12 noyabr tarixində Bərdə rayon sakini 2000-ci il təvəllüdlü Aytən Qurbanovanın sirkə turşusu içərək intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla İsmayıllı rayonu sakini 1995-ci il təvəllüdlü Qüdrət Hacıbabayevin “İnstagram” sosial şəbəkəsində saxta istifadəçi hesabı yaradaraq Aytən Qurbanovaya məxsus fotoşəkilləri paylaşmaqla təhqir etməsi və böhtan atması, habelə onu rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlməsi nəticəsində sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

Faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatırma) və 148-1-ci (internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.

Xəbər lenti