AZAL-dakı vəzifəsindən getdi

XƏBƏR
17:15
1 Fevral 2024
139

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrılıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Süleymanova bildirib ki, alternativ iş təklifi aldığına görə işdən çıxıb:

“Dünən AZAL-da sonuncu iş günüm idi. Alternativ iş təklifi aldığıma görə işdən uzaqlaşmışam”.

Xatırladaq ki, A.Süleymanova bu vəzifəyə 2023-cü ilin sentyabrında təyin edilmişdi. Hələ ki, həmin vəzifəyə təyinat yoxdur.

Xəbər lenti