Sumqayıtda yanğın - Zəhərlənənlər var+Yenilənib
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yanğın hadisəsi baş verib.
Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 10 m² sahədə yanıb. Yüksək temperaturdan sanitar qovşağın lambirdən ibarət tavanı 6 m² sahədə və qapısı əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər (2-si uşaq olmaqla) tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 05:01 radələrində Sumqayıt şəhərinin 8-ci mikrorayon ərazisində baş verən yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 3 briqadası hadisə yerinə cəlb edilib:
“Hadisə nəticəsində 3 nəfər hospitalizasiya olunub. Digər qazların toksiki təsiri diaqnozu ilə 1996-cı il təvəllüdlü (qadın cinsli) şəxs Təcili Tibbi Yardım Xəstəxanasına, 2015 və 2018-ci il təvəllüdlü (kişi cinsli) azyaşlılar isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Onlara zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar”.
Daha çox