Məşhur istirahət mərkəzində güclü yanğın - Video

HADİSƏ
12:39
1 Fevral 2024
158

Lerik rayonunun Sivəkəran kəndində “Təbəssüm” istirahət mərkəzində yanğın baş verib.

Sabah.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 m² olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 m² olan 3 ədəd kotteclərdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb.

Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti