Qeyri rəsmi münasibətdə olduğu qadını döydü - Saxlanıldı
Gəncə şəhər sakini olan qadın Gəncə Şəhər Baş Polis İdarəsinə qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən döyülməsi və digər hüquqazidd hərəkətlər etməsi ilə bağlı müraciət edib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Sabah.az-a bildirilib ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və həmin qadına qarşı qanunsuz hərəkətləri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Quliyev Rəşad müəyyən olunaraq saxlanılıb.
Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.
Daha çox