Sərxanla birgə qardaşı da qazdan boğulub - 3 ay öncə evlənibmiş
Xəbər verdiyimiz kimi, ADA-nın tələbəsi, 2002-ci il təvəllüdlü Sərxan Asif oğlu Həsənov yaşadığı mənzildə dəm qazından zəhərlənərək vəfat edib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sərxanın qardaşı, 2001-ci il təvəllüdlü Əli Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.
Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
***
Modern.az xəbər verir ki, Əli Həsənov təxminən 3 ay öncə evlənibmiş.
Daha çox