Bakının bu yollarında tıxac var - Fotolar

XƏBƏR
11:30
23 Yanvar 2024
90

Hazırda günün pik saatları olmasa da, paytaxt Bakının yollarında sıxlıq müşahidə edilir.

Sabah.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, aşağıdakı yollarda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb:

- Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

- Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

- Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən “Statistika dairəsi” istiqamətində;

- Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

- Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

- Ziya Bünyadov prospekti, “Çermet” körpüsü , “20 Yanvar” metro stansiyası istiqamətində;

- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

- Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

- Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər lenti