1 dəqiqəlik sükut

ÖLKƏ
12:03
20 Yanvar 2024
105

20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq saat 12:00-da Azərbaycan ərazisində 1 dəqiqəlik sükut qeydə alınıb.

Sabah.az xəbər verir ki, nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Ümumxalq Hüzn Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Xəbər lenti