Mərasim evində yaralananların - Adları+Yenilənib
Yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində yaralananların adları açıqlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfərə ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib.
Onlar 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızıdır.
Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur.
Fakt üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, mərasim evində tavanın çökməsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:
“Hadisə yerinə dərhal təcili yardım briqadası cəlb olunub. Hadisə nəticəsində 1 qadın xəsarət alıb. 46 yaşlı zərərçəkən bel nahiyəsinin travması ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Hazırda xəstənin vəziyyəti orta ağırdır. Ona zəruri tibbi yardımın göstərilməsi davam etdirilir”.
Daha çox