ETSN-də yeni təyinatlar

ÖLKƏ
17:22
17 Yanvar 2024
145

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinatlar olub. Ramik Əşrəfov Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinə, Cavid Abdullayev “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsinə təyin edilib.

Sabah.az xəbər verir ki, bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, R.Əşrəfov bu təyinatadək “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsində çalışıb. O, ixtisasca meşə təsərrüfatı mühəndisidir, Voronej Meşə Texnologiyası İnstitutunda meşə təsərrüfatı mühəndisi ixtisası üzrə təhsil alıb. 1988-ci ildən bugünədək meşə təsərrüfatı və ekologiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.

Nazirlik sözçüsü bildirib ki, digər təyinatla “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri vəzifəsinə təyin olunan C.Abdullayev daha əvvəl ASC-nin sədr müavini işləyib. O, Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Xəbər lenti