Biləcəri TXM-də tüstülənmə olub

XƏBƏR
14:10
16 Yanvar 2024
107

Bu gün səhər saat 10:35 radələrində Biləcəri Texniki Xidmət Məntəqəsinin dam örtüyündə tüstülənmə hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

“ADY-nin yanğınsöndürmə qatarı və FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb edilib. Operativ tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”, - məlumatda qeyd edilib.

Xəbər lenti