Habil Vəliyev yenə şantajda ittiham edilir - Qərar verildi
“Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin nəyə görə saxlanıldığı məlum olub.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sayt rəhbəri bir neçə nəfəri şantaj etməkdə ittiham edilir.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə H.Vəliyev haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 5 il əvvəl şantaja görə 4 il müddətinə azadlıqdan məhrum edilmiş sayt rəhbəri bu dəfə də Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Daha çox