Kərim Vəliyev Hikmət Mirzəyevi şəxsi heyətə təqdim etdi

XƏBƏR
14:30
13 Yanvar 2024
134

Bu gün Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə Quru Qoşunların qərargahında xidməti müşavirə keçirilib.

Sabah.az xəbər verir ki, müşavirədə general-leytenant Hikmət Mirzəyevin Quru Qoşunları Komandanı vəzifəsinə təyin olunması şəxsi heyətə çatdırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 11 yanvar 2024-cü il tarixdən general-leytenant H.Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.

Xəbər lenti