Küləkli hava nə vaxtadək davam edəcək?
12:10
13 Yanvar 2024
105Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti yanvarın 15-dək davam edəcək.
Sabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək.
Qeyd edək ki, ötən gün axşam saatlarından etibarən ölkədə qeyri-sabit hava şəraiti müşahidə olunur. Qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Daha çox