Prezident onu nazir müavini təyin etdi

İQTİSADİYYAT
11:12
13 Yanvar 2024
184

Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub.

Sabah.az xəbər verir ki, Azərbaycan Prezidentinin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə bu vəzifəyə Hidayət Əzimov təyin edilib.

Artıq yeni nazir müavini ilə bağlı məlumat nazirliyin saytındakı müvafiq bölmədə yerləşdirilib.

Qeyd edək ki, Hidayət Ağanəcəf oğlu Əzimov 1985-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.

Bu təyinata qədər o, Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Xəbər lenti