Koronavirusun müalicəsində antibiotiklərdən istifadə etmək olarmı?

GÜNDƏM
15:10
7 Aprel 2020
95

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus xəstəliyinin profilaktikası və müalicəsi üçün antibiotiklərin effektivliyi ilə bağlı sualı cavablandırıb.

Sabah.az xəbər verir ki, Agentliyin cavabına görə, antibiotiklər virusa təsir etmir, onlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir:

“COVID‑19 virus təbiətli olduğundan antibiotiklər qeyri-effektivdir.

Koronavirusun profilaktikası və müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz. Onlardan istifadəyə yalnız həkimin göstərişi əsasında bakterial infeksiyanın müalicəsi üçün yol verilir”.

Xəbər lenti