60 yaşlı kişi balta ilə içki tələb etdi - Foto

XƏBƏR
13:45
7 Aprel 2020
115

Balakənda şərab evlərinin birində quldurluq cinayəti baş verib.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, naməlum şəxsin mağazaya daxil olub satıcıya balta ilə hədə-qorxu gələrək ondan spirtli içki tələb etdiyi müəyyən olunub.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törədən şəxsin Balakən şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 60 yaşlı Hikmət Mansurov olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb və cinayəti sərxoş vəziyyətdə törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti