Ağdamda beşotaqlı ev yanıb
15:30
4 Yanvar 2024
120Ağdam rayonunun Qaradağlı kəndində ümumi sahəsi 150 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.
Sabah.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, bitişik tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha çox