Gəncədə ağır qəza - Xəsarət alanlar var
12:07
4 Yanvar 2024
1178Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsi ilə Ş.İ.Xətai küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobillə “HONDA” markalı maşın toqquşub.
İlkin məlumata görə, qəza zamanı hər iki sürücü - Natiq Budaqov və Xəyal adlı şəxs xəsarət alıb.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.


Daha çox