Piyadaların 4 saniyəyə keçməli olduğu işıqforla bağlı - Açıqlama

ÖLKƏ
16:50
3 Yanvar 2024
112

Sumqayıt şəhərində işıqforun piyadalara yolu keçmək üçün 4 saniyə vaxt verməsi narazılığa səbəb olub.

Sabah.az xəbər verir ki, geniş yolu keçmək üçün verilən vaxtın həddindən artıq az olduğunu bildirən sakinlər işıqforun görüntüsünü paylaşıblar. Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, işqforda texniki nasazlıq baş verib:

“Texniki problem səbəbindən təyin edilmiş vaxtlarda uyğunsuzluq yaranıb. Artıq problem həll edilib”.

Xəbər lenti