Göyçayda 6 otaqlı ev yandı
10:16
2 Yanvar 2024
185Göyçay rayonunda yanğın hadisəsi baş verib.
Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb. Belə ki, kənd ərazisində yerləşən ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Daha çox