Rusiyada daha 11 nəfər koronavirusdan öldü

XƏBƏR
12:00
7 Aprel 2020
57

Rusiyada son sutka ərzində 1 154 nəfər koronavirusa yoluxub.

Sabah.az xəbər verir ki, ölkənin Operativ Qərargahının yayımladığı məlumata əsasən, son 24 saat ərzində koronovirusdan ölənlərin sayı daha 11 nəfər artıb.

Qeyd edək ki, bu günə qədər Rusiyada koronavirusa yoluxanların sayı 7 497 nəfər, virusdan ölənlərin sayı 58 nəfər, pandemiyadan sağalanların sayı isə 494 nəfərdir. Ümumilikdə 6 945 nəfərin müalicəsi hələ də davam edir.

Xəbər lenti