Sumqayıtda güclü yanğın - Video

HADİSƏ
10:31
28 Dekabr 2023
1405

Sumqayıtda yanğın baş verib.

Sabah.az xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası yolunun kənarındakı plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın olması barədə məlumat daxil olub.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda havanın güclü küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi əməliyyatı davam etdirilir.

Xəbər lenti