Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

XƏBƏR
10:53
28 Dekabr 2023
951

Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə güclü şimal-qərb küləyi əsir.

Xidmətdən Sabah.az-a bildirilib ki, küləyin maksimal sürəti Qobustanda 23 m/s, Balakən, Şəki, Altıağac, Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 29 m/s, əksər rayonlarda isə 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının verdiyi məlumata əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb.

Xəbər lenti