Nərimanovda 33 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var+Yenilənib
Bu gün saat 3 radələrində Bakının Nərimanov rayonu ərazisində qətl hadisəsi baş verib.
Sabah.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 1990-cı il təvəllüdlü Əliyev Etibar Yusif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Nəbiyev Elşən Firudun oğlu saxlanılıb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş ver verib.
Araşdırma aparılır.
***
Hadisə ilə bağlı Nərimanov rayon Prokurorluğu da məlumat yayıb.
Bildirilib ki, dekabrın 27-si saat 2 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1975-ci il təvəllüdlü Elşən Nəbiyevin Nərimanov rayonu Uluqbəy küçəsi ərazisində aralarında yaranmış mübahisə zamanı Etibar Əliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, E.Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Daha çox