“Hərarəti olan məhkumlar daxili karantinə götürülüb”
“Məhkumların vəziyyəti daim nəzarətdə saxlanılır”.
Sabah.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əlməmməd Nuriyev deyib. O bildirib ki, Ədliyyə Nazirliyində koronavirusla bağlı cəzaçəkmə müəssisələrindəki vəziyyəti nəzarətdə saxlamaq üçün Monitorinq Qrupu yaradılıb:
“Qrup xüsusi rejimli cəzaçəkmə müəssisələrində məhkumlara baş çəkir. Məhkumların vəziyyəti daim nəzarətdə saxlanılır. Hərarəti olan məhkumlar daxili karantinə götürülüb. Müəssisələrdə daxili karantinlər də yaradılıb. Bu günə qədər heç bir müəssisədə koronavirus aşkar edilməyib”.
Daha çox