Ağstafada evdə partlayış oldu - Ölən var

ÖLKƏ
14:06
25 Dekabr 2023
77

Ağstafada evdə partlayış baş verib.

Sabah.az xəbər verir ki, hadisə rayonun Aşağı Kəsəmən kəndində qeydə alınıb.

Kənddə yerləşən fərdi yaşayış evlərindən birində baş verən partlayış nəticəsində 1997-ci il təvəllüdlü Elməddin Huseynov ölüb.

İlkin məlumata görə, evdəki partlayışa qaz sızması səbəb olub.

Xəbər lenti