DİM imtahan nəticələrini açıqladı

XƏBƏR
16:16
23 Dekabr 2023
97

Dövlət İmtahan Mərkəzi doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbilərin Azərbaycan dili imtahanının nəticələrini açıqlayıb.

Sabah.az xəbər verir ki, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin vizual təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər.

İddiaçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2023-cü il 25 dekabr saat 10:00-dan 26 dekabr saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Xəbər lenti