Gürcüstanda koronavirusla bağlı son statistika

XƏBƏR
09:27
7 Aprel 2020
142

Gürcüstanda koronavirusdan (Covid-19) sağalanların ümumi sayı 39 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı stopcov.ge saytında yer alıb.

Məlumata görə, son sutka ərzində ölkədə koronovirusdan 3 yeni sağalma halı qeydə alınıb. Hazırda karantində olanların sayı 5 056 nəfər, həkim nəzarətində olanların sayı isə 386 nəfərdir.

Qeyd edək ki, ümumilikdə Gürcüstanda virusa yoluxanların sayı 188 nəfər, ölənlərin sayı isə 2 nəfərdir. Ölənlərin 81 və 79 yaşında 2 qadın olduğu bildirilib. Həmçinin, xaricdə olan 5 Gürcüstan vətəndaşı xəstəlik nəticəsində ölüb.

Xəbər lenti