Güclü külək əsəcək - Xəbərdarlıq
16:16
21 Dekabr 2023
114Küləkli hava şəraiti haqqında xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, dekabrın 21-də günün ikinci yarısında 24-dək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin arabir 15-18 m/s, 23-də gündüz yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Dekabrın 22-də gündüzdən 24-dək Azərbaycanın rayonlarında, əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.
Daha çox